Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Valideyn himayəsindən məhrum olmuş uşaqların problemləri müzakirə olunub

Tarix: 20-07-2017 16:58     Baxış: 321 A- / A+
Valideyn himayəsindən məhrum olmuş uşaqların problemləri müzakirə olunub


Vətəndaş Təşəbbüsləri və İnsan Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Göyçay şəhərində baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, bələdiyyə üzvləri, QHT təmsilçiləri, ziyalılar və gənclər iştirak ediblər.

Göyçay rayon İcra Hakimiyyətinin əməkdaşı Eldəniz Quliyev vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən bu təşəbbüsləri müsbət qiymətləndirib. E.Quliyev deyib ki, analoji layihələrin icrası cəmiyyətin bu problemə diqqətini daha da artıracaq.

Layihənin eksperti Seymur Verdizadə bildiirb ki, əsas məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş güzəştlər haqda maarifləndirmə işi aparmaq, ictmai diqqəti real vəziyyətə cəlb etmək, sözügedən təbəqəyə aid olan uşaqların öz hüquqlarından maksimum istifadəsini təmin etməkdir.

S.Verdizadə qeyd edib ki, cəmiyyət valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, digər uşaqların da problemlərini diqqət mərkəzində saxlamalı, onların düzgün tərbiyə olunması üçün bütün imkanları səfərbər etməlidir: “Hamımız deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Amma bu şüar olaraq qalmamalı, əməli fəaliyyətdə özünü göstərməlidir”.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov azərbaycanlı uşaqların digər ölkələrdə yaşayan həmyaşıdları ilə müqayisədə daha xoşbəxt olduqlarını deyib. Natiq vurğulayıb ki, Azərbaycanda uşaqların hüquqlarını qoruyan mükəmməl qanunvericilik bazası var: “Dövlət uşaqlara qayğı ilə yanaşır, onların yaxşı təhsil almasının qeydinə qalır. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün də eyni şərtlər mövcuddur. Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu kateqoriyaya daxil olan uşaqların problemlərini həmişə diqqət mərkəzində saxlayır, onlara xüsusi qayğı göstərirlər. Cəmiyyətin digər təbəqələrinin, xüsusilə də iş adamlarının bu prosesə qoşulması vacibdir”.

Valideyn himayəsindən məhrum olmuş uşaqların problemləri müzakirə olunub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar