Xəbər lenti
Yeni metro Bakının bu ərazilərində tikiləcək

Bakıda yeni tikiləcək metro stansiyalarının yerləri müəyyən edilib.
Manevr.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, artıq həmin stansiyaların yerləşəcəyi yerlər təsdiqlənib:
"Şərti adı "B-4" olan stansiyadan sonrakı "B-5" stansiyası metronun "Nizami" stansiyasının yaxınlığında - "Nizami Mall" ticarət mərkəzinin arxasında, Mərkəzi parkın ərazisində olacaq. Ondan sonrakı, "bənövşəyi xətt"in altıncı stansiyası olan "B-6a" stansiyası Sahil bağının altında yerləşəcək. "B-6b" stansiyası isə "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş vaqon parkının yerində inşa ediləcək. "B-7" stansiyası metronun "Xətai" stansiyasına yaxın ərazidə, "B-8" isə Ağ şəhərin Babək prospektinə çıxış hissəsində olacaq".
M.Rzayev metronun "yaşıl xətti" üzrə inşa ediləcək yeni stansiyaların da yerləri barədə məlumat verib. O bildirib ki, "yaşıl xətt" üzrə inşa edilməsi nəzərdə tutulan "Y-14" stansiyası Ağ şəhər tərəfdə 8 Noyabr prospektində olacaq. "Y-15" "Neftbaza" adlandırılan ərazidə, "Y-16" stansiyası paytaxtın "Nargilə" dairəsi adlandırılan ərazidə, "Y-17" stansiyası isə "Həzi Aslanov-2" metro stansiyasıdır".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































