Xəbər lenti
İran məhsulları bahalaşacaq

Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
O bildirib ki, İran Azərbaycan üçün mühüm ticarət tərəfdaşlarından biridir və bir çox kənd təsərrüfatı məhsulları, tikinti materialları və müxtəlif istehlak malları bu ölkədən idxal olunur.
"Müharibə zamanı sərhədlərin bağlanması və ya daşımaların çətinləşməsi malların təklifini azalda bilər ki, bu da qiymət artımına səbəb olar. Bundan əlavə, nəqliyyat xərcləri arta bilər. Alternativ marşrutlardan istifadə daha baha başa gəldiyi üçün idxalın maya dəyəri yüksələ bilər. Əgər müharibə enerji bazarına da təsir etsə və neftin dünya bazar qiyməti artsa, yanacaq bahalaşar və bu da demək olar ki, bütün məhsulların qiymətinə təsir edər".
Ekspert qeyd edib ki, eyni zamanda regionda qeyri-müəyyənlik valyuta bazarına da təsir göstərə bilər.
"Bu da idxal mallarının qiymətinin artmasına gətirib çıxara bilər. Təsirin nə qədər olacağı isə müharibənin miqyasından və nə qədər davam edəcəyindən asılıdır", - deyə o qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































