Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Xaricdəki azərbaycanlıların nəzərinə

Tarix: 01-03-2026 20:43     Baxış: 446 A- / A+
Diasporla İş üzrə Dövlət Komitəsi bölgədə yaranmış mövcud vəziyyətlə əlaqədar ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri ilə sıx və koordinasiyalı əməkdaşlıq çərçivəsində hərəkət edərək lazım olan addımları atır və bu istiqamətdə fəaliyyətini gücləndirib.

Manevr.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Bildirilib ki, komitə əməkdaşları, Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının koordinatorları müxtəlif ölkələridəki icma üzvləri ilə intensiv əlaqə saxlayır, onlara ehtiyatlı olmaq, təhlükəsizliklə bağlı bütün çağırış və tələblərə əməl etmək tövsiyə olunur.
“İnformasiya mübadiləsinin operativliyi və soydaşlarımızın müraciətlərinə çevik reaksiya verilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin “140 Çağrı Mərkəzi” 24 saat fasiləsiz fəaliyyət göstərir. Xaricdə yaşayan soydaşlarımız hər hansı fövqəladə vəziyyət, hüquqi və ya humanitar xarakterli çətinliklərlə qarşılaşdıqları halda, dərhal “Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Daxil olan bütün müraciətlər operativ qeydə alınır, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə araşdırılaraq müvafiq tədbirlər görülür.
Qeyd edək ki, komitə, həmçinin diaspor təşkilatları vasitəsilə maarifləndirmə işlərini daha da gücləndirib, təhlükəsizlik və məlumatlandırma istiqamətində ardıcıl fəaliyyəti davam etdirir. Məqsəd, xaricdə yaşayan hər bir azərbaycanlının təhlükəsizliyini təmin etmək, onların hüquq və maraqlarını qorumaq, zərurət yarandığı halda dəstək mexanizmlərini operativ şəkildə işə salmaq, təxirəsalınmaz tədbirlər həyata keçirməkdir”, - deyə əlavə edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar