Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Bu məmurlar büdcədən taladıqları 200 mindən çox pulu geri QAYTARDILAR

Tarix: 27-02-2026 14:39     Baxış: 422 A- / A+
Bu məmurlar büdcədən taladıqları 200 mindən çox pulu geri QAYTARDILAR
Mənimsəmə və vəzifə cinayətlərində ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib Aynaxanım Babayevanın cinayət məsuliyyətinə cəlb edilməməsinin səbəbi məlum olub.
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, onlar istintaq müddətində dövlət büdcəsindən taladıqları 244.152,95 manat pulu geri qaytarıblar.
Bu səbəbdən hər iki şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilib.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkmiş tərəfin məhkəməyə dəymiş zərərin ödənildiyi və təqsirləndirilənlərlə barışıq əldə olunması barədə verdiyi məlumat elan edilib.
Daha sonra hökm elan olunaraq Mətləb Hüseynov və Aynaxanım Babayevanın təqsirləndirildikləri cinayət işinə xitam verilib.
Qeyd edək ki, onlar barədə cinayət işini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.
İttihama görə, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına mükafat adı ilə əlavə pullar köçürüb, sonradan 175 365 manatını nağdlaşdıraraq mənimsəyiblər.
Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar