"Mədəniyyətimizdə kino çox mühüm rol oynayır. Türkiyə filmləri ilə bu gün dünyanı Osmanlıdan daha çox tutub, eləcə də başqa ölkələr. Çox təəssüf ki, bizdə film çəkmək ancaq Mədəniyyət Nazirliyinin üzərində düşür".
Manevr.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Amma ölkədə nə qədər təşkilat var. Futbola sponsor olurlar, amma film çəkilişinə yox. Qurumlar bir-biri ilə yarışır, öz filmlərini çəkirlər. Bəs niyə film çəkməyə sponsorlar, şirkətlər yoxdur? Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl haqqında film çəkilmir?
Düzdür, Babək haqqında filmimiz var, Koroğlu haqqında var. Amma Koroğlu tarixi şəxsiyyət deyil. Ramiz Mehdiyevin 17 milyon pulu tapıldı. Bu, 10 dənə tammetrajlı film deməkdir. Bunu niyə evdə saxlayıb? Film çəksinlər, kino çəksinlər. İstəyirəm bizim filmlər də dünyaya çıxsın. Seriallar çəkilir, amma istədiyimiz kimi alınmır", - deputat qeyd edib./qafqazinfo
Xəbər lenti
"Ramiz Mehdiyevdən tapılan 17 milyona 10 film çəkilərdi"

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























