Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Vətəndaşın ölkədən çıxışı ilə bağlı prosedur dəyişə bilər

Tarix: 27-02-2026 10:24     Baxış: 384 A- / A+



Vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik edilməsi təklif edilir.
Manevr.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
 Miqrasiya Məcəlləsinə əsasən, vətəndaşın ölkədən getmək hüququ Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək müvəqqəti məhdudlaşdırıla bilər.
Ombudsmanın məruzəsində yuxarıdakı maddənin tələblərinin Cinayət-Prosessual Məcəllədə dəqiq prosessual mexanizmlərlə təsbit olunması və qeyd olunan sahədə funksional problemlərin aradan qaldırılması, bununla da həm şəxslərin sərbəst hərəkət hüququnun əsassız məhdudiyyətlərdən qorunması, həm də hüquq-mühafizə orqanlarının fəaliyyətində ziddiyyətli təcrübələrin qarşısının alınması məqsədilə Cinayət-Prosessual Məcəlləyə zəruri əlavə və dəyişikliklərin edilməsi təklif edilir.trend.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar