Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Bəzi nazirlik və komitələr LƏĞV OLUNACAQ

Tarix: 26-02-2026 21:55     Baxış: 336 A- / A+

Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı struktur islahatları hökumətdə bəzi qurumların – nazirliklərin, komitələrin, agentliklərin birləşdirilməsi və ya ləğvi ilə davam etdirləcək.

Qeyd olunur ki, bir-birinin fəaliyyətini təkrar edən, yaxud oxşar olan qurumların, habelə idarəetmədə praktik fəaliyyəti zəif olan dövlət qurumlarının dairəsi müəyyənləşdirilib. Mənbə bildirib ki, onların saxlanılması dövlət büdcəsi üçün kifayət qədər maliyyə yükü yaradır. Heç bir dəyər formalaşdıra bilməyən təsisatların yerləşdiyi binaların saxlanılması, cari fəaliyyətinin təmin edilməsi, çox sayda ştatların mövcudluğu məqsədəuyğun sayılmır. Hökumət bundan sonra dövlət təşkilatlarının və publik hüquqi şəxslərin (PHŞ) keyfiyyət əmsalına üstünlük verəcək.

Məlumatda o da bildirilir ki, bu sırada ötən 7-8 ildə yaradılan PHŞ-lərin sayının azı 2 dəfə azaldılması nəzərdə tutulur. Özünü maliyyələşdirmə imkanları olan, habelə fəaliyyət dairəsi zəruri olan təqribən 250-dək qurum saxlanılacaq, 300-ə qədər PHŞ isə ya ləğv ediləcək, yaxud birləşdiriləcək.

Bundan başqa, yerli icra hakimiyyətlərində ixtisarların daha geniş miqyasda davam etdirlməsi qərarlaşdırılıb. Bu barədə artıq yerli icra qurumlarına müvafiq təlimatlar göndərilib.

Xatırladaq ki, son günlərdə Ağsu İH-də 14, Tovuz İH-də 43, Cəlilabad İH-də isə 28 əməkdaş ixtisara düşüb, onların çalışdığı dövlət qulluğu vəzifələri də ləğv edilib.

Mənbə narahatedici fakta da diqqət çəkir. Bu da dövlət qurumları ilə yanaşı, özəl sektorda, böyük holdinq və şirkətlərdə də ixtisarların aparılması ilə bağlıdır. Qeyd olunur ki, ilin əvvəlindən işçilərin gəlir vergisinə cəlb olunması biznes və xidmət sektorunda xərcləri artırıb. Şirkət rəhbərləri artan xərclərini azaltmaq üçün ixtisara getməyi üstün tuturlar.

Mənbə vurğulayıb ki,  hazırda struktur islahatları zamanı ixtisara düşənlərin işçilərin məşğulluq probleminin həlli ilə bağlı məsələlərə baxılır. Onların bir hissəsi yeni qurumlarda işlə təmin olunacaq,  digərlərinin ixtisas və təcrübəsinə görə ehtiyacı olan başqa təşkilatlarda işlə təmin olunması başqa təşkilatlarda işlə təmin olunması nəzərdə tutulur. 

Hesablamalara görə, ixtisara düşənlərin azı üçdə biri əmək bazarında özünə yeni iş axtarmalı olacaq. Həm dövlət, həm də özəl sektorda kütləvi ixtisarlar cəmiyyətdə narahatlıq yarada bilər.

Bu baxımdan, hökumətin məşğulluq məsələsini müzakirə etməsi başa düşüləndir. Real tədbirlər görülərsə, faydalı olar. bizim.media

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar