Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Tolikə yüksək vəzifə verildi

Tarix: 25-02-2026 23:10     Baxış: 344 A- / A+
Speys TV-də bu həftənin cümə günündən verilişi bağlanacaq Tarix Əliyevin harada çalışacağı bəlli olub.

Bu barədə Ülviyyə Alovlu məlumat yayıb.

O bildirib ki, Tarix Əliyev Speys TV-dən ayrılmır, əksinə, ona bu kanalda yüksək vəzifə verilir. Kanalın rəhbəri Vado Karovinin təşəbbüsü ilə o, Speys TV-nin Musiqi Departamentinin rəhbəri təyin olunacaq. Karovinin bu addımına səbəb Tolikin sponsorlarını saxlamaqdır. Məlumata görə, Tolikin verilişinin 11 sponsoru var.

Tarix Əliyev əvvəlki verilişinin, başqa ad və başqa aparıcı ilə efirə qayıdacaq proqramın layihə rəhbəri olaraq qalacaq.

Başqa sözlə, mahiyyət dəyişmir, Tarix Əliyev isə əvvəl bir verilişə sahiblik edirdisə, indi bütövlükdə Musiqi Departamentinə və bu tip verilişlərə cavabdeh olacaq.

Qeyd edək ki, Tarix Əliyevin (Tolik) “Tarixin bu günü” və Elgiz Əkbərin “Elgizlə izlə” verilişləri bağlanıb. ARB kanalında “Elgizlə izlə”nin yayımı bugündən dayansa da, Tolikin verilişi hazırda Speys TV-də yayımlanır. Tolikə canlı yayım qadağan edildiyi üçün o, verilişlərini lentə alıb. Hazırda efirə gedənlər lentə alınanlardır və cümə günü Tarix Əliyev tamaşaçıları ilə vidalaşacaq. Onun yerinə Könül Muxtarova efirə çıxacaq və verilişin adı da dəyişdiriləcək. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar