Xəbər lenti
Qadınlar 6 aylıq hərbi xidmətə çağırılacaq?
Azərbaycan Hərbi Xidmət Haqqında Əsasnaməyə dəyişikliklər hazırlayır. Sənəddə hərbi ixtisasa malik 19-40 yaş arası qadın Azərbaycan vətəndaşlarının könüllü olaraq hərbi xidmətə yazılmaq və müqavilə əsasında aktiv xidmətdə iştirak etmək imkanı da nəzərdə tutulur. Yeni qanuna görə, qadınlar da hərbi xidmətə gedəcək?Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, yeni qəbul ediləcək qanun qadınların müddətli hərbi xidmətə məcburi çağırışını nəzərdə tutmur. Qanuna əsasən, 19–40 yaş aralığında olan Azərbaycan vətəndaşı qadınlar könüllü şəkildə hərbi xidmətə qoşulmaq imkanı əldə edəcəklər:
“Bağlanacaq ilkin müqavilənin müddəti 3 ildən 6 aya endirilib. Bu dəyişiklik əsasən gənc qadınların müxtəlif səbəblərdən, o cümlədən ailə vəziyyətinin dəyişməsi ilə bağlı hərbi xidmətdən daha tez tərxis olunmasına şərait yaratmaq məqsədi daşıyır. Qadınlar Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində, birlik və birləşmələrində xidmətə qəbul edilə bilərlər. Onlar xüsusilə tibb, hərbi təhsil müəssisələri, rabitə hissə və bölmələrində aktiv fəaliyyət göstərirlər. Hərbi hissələrdə mövcud olan bir sıra ştat vəzifələri var ki, qadınlar həmin vəzifələri də uğurla yerinə yetirə bilirlər”.

Ə.Verdiyev qadınların hərbi xidmətə qəbulu ilə kişilərin qəbulu arasındakı əsas fərqləri də izah edib:
“Kişi vətəndaşlar xidmətə adətən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi qəbul olunurlar və onların müddətli hərbi xidməti başa vurmaları məcburidir. Qadınlar üçün isə belə bir məhdudiyyət yoxdur. Yəni qadınlar üçün nəzərdə tutulan vakansiyalar elan edildikdə, onlar tələblərə uyğun sənədləri təqdim edərək xidmətə qəbul oluna bilərlər. İlkin müqavilə yalnız 6 aylıq bağlanır, bu müddət başa çatdıqdan sonra isə növbəti müqavilə daha uzun — məsələn, 3 il müddətinə imzalana bilər”. metbuat.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































