Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

​70 yaşlı qadın saxta məhəbbətin qurbanı oldu

Tarix: 21-02-2026 22:53     Baxış: 360 A- / A+
Türkiyədə hər kəsi şoka salan dələduzluq hadisəsi baş verib.

Bu barədə "Sözcü" qəzeti məlumat yayıb. KİV-in yazdığına görə, Şərifə Şimşək adlı qadın özündən 25 yaş kiçik sevgilisi Mehmet Demir üzündən ikimərtəbəli evindən məhrum olub.

Şərifə Şimşək hadisənin təfərrüatını belə açıqlayıb: "Biz ilyarım əvvəl tanış olmuşduq. Yetmiş yaşim var. Mehmet məndən 25 yaş kiçikdir. Qısa müddətdə aramızda isti münasibət yarandı. O vaxt Mehmetin 60 yaşlı arvadı vardı. Qadın xarici ölkə vətəndaşı idi. Mehmet mənim inamımı qazanmaq üçün arvadı ilə boşandı. Mənə "bal pətəyim" deyirdi. Söz vermişdi ki, birlikdə Hataya gedib orada doyunca eşq həyatı yaşayacağıq".

Şərifə Şimşək deyib ki, 45 yaşlı Mehmetin şirin dilinə aldandığına görə bu gün evsiz qalıb. Qadın bildirib ki, özündən 25 yaş kiçik olan sevgilisi onu dilə tutaraq ikimərtəbəli evini öz adına keçirib: "Notariusa gedib evimi Mehmet Demirin adına keçirtdim. Dedi ki, ürəyim, narahat olma, tezliklə səni də götürüb Hataya gedəcəm. Bizi tanıyan insanların olmadığı yerdə ikinci baharımızı yaşayacağıq. Amma o vaxtdan sonra onu bir də görmədim. Bir müddət sonra öyrəndim ki, evi satıb aradan çıxıb".

"Sözcü" qəzeti yazıb ki, Şərifə Şimşəkin evinin bazar dəyəri 7 milyon türk lirəsi (təxminən 380 min manat) olub. metbuat.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar