Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Ramazan ayı Bakıdakı şadlıq evlərini çökdürdü

Tarix: 20-02-2026 15:31     Baxış: 345 A- / A+



Artıq Ramazan ayının 2-ci gününü yaşayırıq. Ölkəmizdə adətən Ramazanda toylar ya az olur, ya da ümumiyyətlə olmur.

Ramazan ayında restoranlarda vəziyyət necədir? 

Paytaxtda yerləşn bir neçə restoran administratoru açıqlamasında bildirib ki, Ramazan ayında ümumiyyətlə toylar olmur. Bu vəziyyət restoran biznesinə mənfi təsir edir. Menyuların bahalaşacağı barədə hələ dəqiq fikir söyləmək mümkün deyil.

Mövzu ilə bağlı açıqlamasında iqtisadçı ekspert Xalid Kazımlı bildirib ki, Ramazan ayında ölkəmizdə toy mərasimləri demək olar ki, keçirilmir.

"Bunun əsas səbəblərindən biri əksər toylarda içki təqdim olunması, digər tərəfdən isə orucun açılma vaxtının toyların başlama saatları ilə uyğun gəlməməsidir. Bu ayda toy və əyləncə tədbirləri insanlar üçün ikinci plana keçir. Mövsümi sakitlik təkcə restoran və şadlıq saraylarına deyil, toy sənayesi ilə əlaqəli bir çox sahələrə də təsir göstərir. Ofisiantlar, musiqiçilər, fotoqraflar, videoqraflar və digər xidmət sahibləri bu dövrdə iş həcminin azalması ilə üzləşirlər. Restoran və şadlıq saraylarında pul dövriyyəsi zəifləsə də, xərclər sabit qalır. Bununla belə, bu vəziyyət əvvəlcədən proqnozlaşdırıldığı üçün adətən idarəolunan hesab edilir. Ümumilikdə isə Ramazan ayı bu sektor üçün maliyyə baxımından itki deməkdir. Nəticədə müəssisələrin mənfəət marjası daralır, bəzi hallarda isə bu itkiləri kompensasiya etmək üçün qiymət artımı müşahidə oluna bilər", - deyə iqtisadçı qeyd edib.milli.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar