Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Evdən qovulan alman Azərbaycan sərhədində TUTULDU

Tarix: 19-02-2026 21:32     Baxış: 339 A- / A+
Azərbaycan dövlət sərhədini pozan Almaniya vətəndaşı həbs olunub.

Almaniyanın Bautzen şəhərində doğulan 21 yaşlı şəxs qanunsuz yolla Azərbaycana keçdiyi üçün sərhədçilər tərəfindən saxlanılıb.

İttiham aktına görə, o, ailəsi aralarında yaranan mübahisə səbəbilə əvvəlcə Bolqarıstana, oradan Türkiyəyə, daha sonra isə Gürcüstana gəlib. Azərbaycana keçməyə icazəsi olmasa da, dağlıq ərazilərlə ölkəmizə keçib. Lakin sərhədçilər tərəfindən saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən əcnəbi bildirib ki, ailəsi Bautzen şəhərinin Jiedlitz kəndində özlərinə məxsus restoranda işləyirlər. Özü işləmədiyi üçün daim mübahisələri yaranır və atası ona işləmədiyi təqdirdə evi tərk etməyi deyib. Buna görə də o, evdən çıxaraq Gürcüstana sevdiyi qızı görmək üçün gəlib. Bunun üçün yuxarıda qeyd etdiyimiz kimi, əvvəlcə Bolqarıstana, sonra Türkiyəyə, daha sonra da Gürcüstana keçib. Buradan isə Azərbaycana quru yolla keçməyin mümkün olmadığını öyrənib və dağlıq ərazilərlə ölkəmizə keçib. Sərhəd kənddə o, insanlardan qalmağa və yemək almağa yer soruşub. Az sonra sərhədçilər onu saxlayıblar.

Əcnəbi vətəndaş əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini istəyib.

Qazax rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qərarı verilib. lent.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar