Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlandı

Tarix: 18-02-2026 22:33     Baxış: 376 A- / A+
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional Bölməsinin əməkdaşları Masallı rayonunun Banbaşı kəndində Rövşən Cəfərbala oğlu Cəfərova məxsus toyuq kəsimi sexində plandankənar yoxlama aparıblar.

Agentlikdən verilən məlumata görə, yoxlama zamanı obyektin qida təhlükəsizliyi ilə bağlı tələbləri ciddi şəkildə pozduğu müəyyən edilib.

Toyuq sexinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, təmizlik və dezinfeksiya üçün uyğun şəraitin olmadığı, həmçinin dezinfeksiya işlərinin aparılmadığı, qida ilə təmasda olan səthlərin korroziyaya davamlı və yuyula bilən materiallarla üzlənmədiyi, təmizləyici vasitələr üçün ayrıca yerin olmadığı müəyyən edilib. Bundan başqa, kəsim üçün gətirilən quşların müşayiətedici baytarlıq sənədlərinin də mövcud olmadığı aşkarlanıb.

Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib və obyektin fəaliyyəti qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar