Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı komitə rəhbəri ölkədən qaçdı:"Bakı həyəti" və milyardlar necə bölündü?

Tarix: 17-02-2026 21:47     Baxış: 356 A- / A+
Dağıstanda respublikanın keçmiş dövlət katibi Maqomed-Sultan Maqomedovun komandasının üzvləri ətrafında vəziyyət gərgin olaraq qalır.

Rusiya KİV-i bildirir ki, onun qohumu, hazırda Respublika Dövlət Satınalmaları Komitəsinin rəhbəri olan Azər Naftəliyev ölkəni tərk edib. Məlumata görə, o, Maqomed-Sultan Maqomedovun tərəfdar və qohumlarının daxil olduğu “Bakı həyəti” adlandırılan siyasi birlikdə yer alıb. Həmin birlik isə daha nüfuzlu “Dargin klubu” adlı klan qurumuna bağlı struktur kimi təqdim olunur. Bildirilir ki, bu quruma Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov himayədarlıq edir.
Məlumata görə, keçmiş dövlət katibi və neft maqnatı Maqomed-Sultan Maqomedov uzun illər məhz onun təsir dairəsində olub. İddia olunur ki, qaçan Azər Naftəliyev son yarım ildə regional hökumətin vitse-premyeri Ruslan Əliyevlə fəal əməkdaşlıq edib: o da “Dargin klubu”na yaxın fiqur kimi xarakterizə olunur.

Bütün bunların Dağıstana formal olaraq rəhbərlik edən Sergey Melikovun dövründə baş verdiyi vurğulanır. İddialara əsasən, o, əvvəlki respublika rəhbəri Vladimir Vasilyevin vaxtında vəzifələrdən uzaqlaşdırılmış şəxsləri yenidən əsas postlara gətirib. Mənbə həmçinin bildirir ki, Azər Naftəliyev büdcə vəsaitlərinin mənimsənilməsi sxemlərində keçmiş dövlət katibinin oğlu Maqomed Maqomedovla əlaqəli olub.

İddialara görə, təkcə 2025-ci ildə uşaq qidalanması üzrə satınalmalar çərçivəsində nəzarətdə olan şirkətlərə 2 milyard rubldan artıq müqavilə paylanıb. Mahaçqalada dövlət katibinin namizədi sayılan Cambulat Salavovun rəhbərliyi altında bu məqsədlə 1,25 milyard rubl, Kaspiyskdə isə 250 milyon rubl ayrılıb. Digər bələdiyyələr üzrə isə təxminən 500 milyon rublun bölüşdürüldüyü iddia olunur.

Mənbə həmçinin digər sahələrdə də dövlət vəsaitlərinin sistemli şəkildə mənimsənildiyini irəli sürür. lent.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar