Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin cəzası endirildi

Tarix: 17-02-2026 15:08     Baxış: 341 A- / A+


Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammadin cəzası iki ildən 6 aya endirilib.
Manevr.az-ın məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar verib.
Təqsirləndirilən şəxslərin vəkillərindən biri Rüfət Bədirli "Report"a deyib ki, onlara təyin edilən 6 ay cəzanın müddəti sabah bitir. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər azadlığa buraxıldıqdan sonra ölkələrinə deportasiya olunacaq.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib.
İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.
Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar