Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

AZAL Şımkentə müntəzəm reyslərə başlayır

Tarix: 16-02-2026 16:10     Baxış: 346 A- / A+

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq.
Manevr.az AZAL-a istinadən xəbər verir ki, yeni istiqamət üzrə biletlər artıq satışdadır.
İlk reys 16 iyun 2026-cı il tarixində baş tutacaq. Aviaşirkətin uçuş cədvəlinə uyğun olaraq Bakı-Şımkent-Bakı reysləri:
16-27 iyun 2026-cı il tarixlərində həftədə iki dəfə - Bakıdan Şımkentə və əks istiqamətdə çərşənbə axşamı və şənbə günləri;
30 iyun 2026-cı il tarixindən etibarən isə həftədə üç dəfə olmaqla çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.
AZAL-ın genişlənən marşrut şəbəkəsində Şımkent Qazaxıstanın sayca 4-cü şəhəridir. 2025-ci ildə aviaşirkət Almatı, Astana və Aktau şəhərlərinə 850-yə yaxın müntəzəm uçuş (gediş-gəliş) həyata keçirib.
Əhali sayına görə Qazaxıstanın üçüncü ən böyük şəhəri olan Şımkent zəngin mədəni irsi və müasirliyi ilə seçilir. Şəhər canlı küçələri, yaşıl parkları və qonaqpərvərliyi ilə turistləri cəlb edir.
"Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz", - deyə AZAL bəyan edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar