Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Yazıçıdan sosioloqa CAVAB: “Boşanmanı çətinləşdirmək zorakılığı azaltmır...”

Tarix: 15-02-2026 12:08     Baxış: 3118 A- / A+
Bugünlərdə sosioloq Mail Yaqub hazırkı cəmiyyətimizdəki boşanmalara münasibət bildirərək mövcud boşanmaların qarşısını almaq məqsədilə cərimə mexanizmlərinin tətbiq olunması ilə bağlı təklif xarakterli çıxış edib.  Mail Yaqubun məlum təklifini əks etdirən fikirlərinə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-ssenarist Çinarə Ömray öz münasibətini bildirib:

“Maraqlıdır. Deməli, evlənmək könüllü, boşanmaq isə ödənişli olacaq. Sevgi pulsuz, azadlıq isə tariflə!
Bu zaman belə bir sual çıxır meydana: maddi imkanı olmayan insan o cəriməni necə ödəyəcək?
Boşanan şəxs evdar qadın da ola bilər, işsiz kişi də. Gənc ana da ola bilər, aliment ödəməkdən yayınan ata da. Hər kəs eyni start xəttindən başlamır axı.
Ödəyə bilmirsə, nə etməlidir, dözüb oturmalıdır? Psixoloji zorakılığla, fiziki şiddətlə, təhqirlə, alçaldılmayla qatlaşmalıdırmı? Yoxsa rəsmi kağız üzərində “ailəli”, real həyatda isə tək, qorxmuş və susdurulmuş qalmalıdır?

Boşanmanı bu şəkildə bahalaşdırmaq ailəni möhkəmləndirmir, sadəcə çıxış qapısını daraldır. Çıxışı daralan insan ya susur, aqressiyaya yönəlir, ya da ki özünü tamamilə çıxılmaz vəziyyətdə hiss edir. Çıxılmazlıq isə ən təhlükəli yerdir. Orada ya zor artır, ya da həyat sönür.

Bilirsiniz, bu məsələ tək qadın məsələsi deyil, amma gəlin açıq danışaq, qadın zorakılığı və qadın ölümləri bu cəmiyyətin artıq qanayan yarasıdır. Hər il neçə qadın “ailə naminə” susduğu üçün döyülür, alçaldılır, sındırılır, neçəsi “döz, uşaq var” cümləsi, diqtəsi altında əzilir, neçəsi ayrılmaq istədiyi üçün daha ağır şiddətə məruz qalır. İndi təsəvvür edin, həmin o qadının qarşısına bir də dövlət baryeri qoyub, deyirik ki, azad olmaq istəyirsənsə, əvvəl pul tapıb, ödəməlisən. Yəni təhlükədən çıxmaq da kreditlə olacaq?

Boşanmanı çətinləşdirmək zorakılığı azaltmır. Əksinə, onu rəsmi çərçivənin içinə salır və möhürləyir. 
“Ailəlidir” statusu bəzən ən böyük maskadır. Divarın arxasında baş verənləri statistika görmür. Amma torpaq görür, qəbiristanlıqlar görür.
Ailə statistik göstərici deyil ki, cərimə ilə “sabitləşsin”. Ailə iki insanın könüllü ittifaqıdır. Könüllülük bitibsə, onu kassaya yönləndirməklə sevgi qaytarılmır.

Əgər məqsəd ailəni qorumaqdırsa, niyə boşanmanı cəzalandırırıq, amma zorakılığa, alimentdən yayınmağa, boşanmaya vadar edən şəxsə, səbəbə, məsuliyyətsizliyə qarşı daha sərt və işlək mexanizmlər qurmuruq? Niyə çıxmaq, xilas olmaq istəyənə maneə, amma incidənə bu qədər boşluq var?

Unutmaq lazım deyil ki, qorxu ilə saxlanılan birlik statistika ola bilər, amma qorxunun içində böyüyən uşaq sağlam gələcək deyil, ola da bilməz.
Susdurulmuş qadın “qorunmuş ailə” deyil. Pul tapa bilmədiyi üçün şiddətin içində qalan insan isə sabitlik yox, faciədir.
Ailə cərimə ilə yox, təhlükəsizliklə qorunur. Sevgi məcburiyyətlə yox, seçimlə yaşayır. Azadlıq isə lüks deyil, insanın ən təbii haqqıdır.”


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar