Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyə sənədi ilə torpaq alanlara XƏBƏRDARLIQ

Tarix: 15-02-2026 11:09     Baxış: 345 A- / A+

Son zamanlar notariuslar bələdiyyə sənədi ilə olan torpaqların kimlərəsə etibar edilməsini qeydiyyata almır. Halbuki əvvəlki illərdə bu cür əməliyyatları notarius həyata keçirirdi.
Digər bir məsələsə vaxtilə notarius üzərindən torpağı etibarnamə ilə alan vətəndaşların müraciətinə Dövlət Reyest Xidmətində baxılmamasıdır. Xidmət ancaq birinci şəxsin müraciətinə baxır. Etibarnamə almış şəxslərdənsə tələb olunur ki, adına sənəd olan şəxs müraciət etsin.
Bu da təbii ki, vətəndaşlar arasında anlaşılmazlıq və narazılıq yaradır.
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, problem hüquqları müəyyən edilməyən torpaqlarla bağlıdır:
"Bəzi vətəndaşlar bələdiyyə sənədi olan torpaqları etibarnamə ilə alırlar. Amma həmin şəxslər unudurlar ki, aldığı torpaq sahəsi satan şəxsin mülkiyyətinə aid deyil. Çünki bələdiyyə sənədi hələ mülkiyyət hüquqununun tanınması demək deyil.
Çox faktlar olur ki, bələdiyyələr müvafiq dövlət qurumları ilə razılaşdırma aparmadan torpağı kimlərəsə satır. Yaxud da bələdiyyə öz mülkiyyətində olmayan torpaqları da vətəndaşlara satır. Bu isə qanun pozuntusudur. Ona görə də bələdiyyə sənədi mülkiyyət hüququnu təsdiq edən sənəd deyil.
Son 10 ilə qədər vətəndaşlara bələdiyyə sənədləri ilə çox sayda torpaq satılıb.
Hətta satılan torpaqlarda evin tikintisinə də imkan yaradıblar. Əvvəllər bəzi notariuslar da bələdiyyənin verdiyi torpaq sahəsinin kiminsə ixtiyarına verilməsinə dair etibarnaməni tanıyırdı. Lakin Əmlak Məsələləri Dövlət Ximətinin tövsiyələrindən sonra notariuslar bələdiyyə sənədlərinə etibarnamə verməyi dayandırdı.
Eyni zamanda, vaxtilə bələdiyyə sənədini etibarnamə ilə alan şəxslər çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərkən də problemlə üzləşirlər. Xidmət etibarnaməni qəbul etməməsinin də səbəbi odur ki, ancaq çıxarışı olan torpaqların alqı-satqısını Xidmət həyata keçirir. Bələdiyyə sərəncamına etibarnamə almış vətəndaşların sənədini də Xidmət qəbul etmir. Yalnız birinci şəxs Reystr Xidmətinə müraciət edə bilər".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar