Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda tarixi hamamın divarı uçurulub

Tarix: 15-02-2026 08:54     Baxış: 355 A- / A+
Bakıda tarixi hamamın divarı uçurulub

Bayırşəhərdə XIX əsrə aid tarixi hamamın divarının uçurulduğu bildirilir.

Bu barədə sosial şəbəkə istifadəçilərindən biri paylaşım edib.

Paylaşımda qeyd olunur ki, Zülfü Adıgözəlov, 82 ünvanında yerləşən tarixi tikili uzun müddətdir baxımsız vəziyyətdədir və artıq divarının bir hissəsi uçurulub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, həmin hamam müxtəlif tikililərlə əhatələndiyinə görə indiyədək onun mövcudluğu barədə məlumat olmayıb:

"Bu səbəbdən də obyekt nə dövlət mühafizəsində olan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilmiş, nə də yeni aşkar olunmuş abidə kimi qeydə alınmışdır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə olublar. Həmçinin ərazidə aparılan işlər iş icraçıları tərəfindən dayandırılıb.

Məsələ diqqətdə saxlanılır və tikilinin tarixi və memarlıq dəyərinin müəyyənləşdirilməsi üçün mütəxəssislərin iştirakı ilə araşdırmaların aparılması nəzərdə tutulur"

 Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar