Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Həftənin bu günləri şadlıq saraylarında toy etmək qadağan edildi

Tarix: 14-02-2026 11:41     Baxış: 359 A- / A+



İstanbul Toplantı və Şadlıq Sarayları Sahibkarları Palatası müzakirələrə səbəb olacaq qərar qəbul edib.
Manevr.az xəbər verir ki, Türkiyə mediasında, o cümlədən Haber Global-a istinadla yayılan məlumata görə, martın 1-dən etibarən İstanbulda fəaliyyət göstərən şadlıq sarayları, açıq havada toy məkanları və qız istəmə evləri çərşənbə axşamı günləri fəaliyyət göstərməyəcək.
Qərarın əsas məqsədi işçilərin rifahının qorunması, istirahət hüququnun təmin edilməsi və xidmət keyfiyyətinin artırılmasıdır. Bildirilir ki, bu addım həm obyekt sahiblərinin, həm də personalın iş yükünün balanslaşdırılmasına xidmət edəcək. Xüsusilə bir neçə məkana sahib olan sahibkarlar üçün iş prosesinin daha səmərəli təşkili hədəflənir.
Bununla belə, çərşənbə axşamı günü tədbir keçirmək istəyən müəssisələr üçün istisna mexanizm nəzərdə tutulub. Belə hallarda obyektlər vəziyyəti əvvəlcədən yazılı şəkildə Palataya bildirməlidirlər.
Qərara əməl etməyən müəssisələrə qarşı müvafiq tədbirlərin görüləcəyi qeyd olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar