Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Elçin Quliyev müdafiə naziri təyin olunacaq?

Tarix: 14-02-2026 09:31     Baxış: 366 A- / A+

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev yaxın günlərdə Müdafiə naziri təyin oluna bilər.

Onun Zakir Həsənovdan boşalacaq posta əsas namizədlərdən biri kimi nəzərdən keçirildiyi vurğulanır.
 
Elçin Quliyevlə bağlı son günlər xaricdəki bloqqerlərin aktivləşməsi də göstərir ki, müəyyən dairələr bu təyinatın gerçəkləşməməsi üçün hərəkətə keçiblər. Burada daxildəki qruplaşmalarla yanaşı, “Rusiya xətti” də özünü açıq şəkildə büruzə verir.
 
Məlumata görə, Nəcməddin Sadıkovun “vurulması” ilə Azərbaycanın hərbi-təhlükəsizlik sistemində zəifləyən Moskvanın maraqları üçün yeni bir təhlükə yaranıb. Belə ki, Kreml üçün Azərbaycanın müdafiə sisteminin başına Moskvanın təsirindən kənar, Qərbə baxışı daha müsbət olan bir fiqurun gəlməsi arzuolunan deyil. Məhz bu səbəbdən klassik ssenarinin işə salındığı iddia olunur.
 
İddialara görə, Elçin Quliyevin adı Müdafiə Nazirliyi ilə hallanmağa başlayan kimi, onun barəsində müxtəlif kompromat xarakterli materiallar dövriyyəyə buraxılıb.
 
Bu “kartın” işləyib-işləməyəcəyini isə zaman göstərəcək. yenicag.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar