Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı aeroportu sərnişinlərə müraciət etdi

Tarix: 13-02-2026 18:55     Baxış: 382 A- / A+


14–15 fevral tarixlərində, gecə saatlarında Hava limanı şosesində aparılacaq texniki işlərlə əlaqədar müəyyən istiqamətlər üzrə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Manevr.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun açıqlamasında bildirilir.
"Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə uçuşu olan sərnişinlərə hava limanına gəliş və yaxud limandan çıxış zamanı alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
Məhdudiyyətlər aşağıdakı saat və istiqamətləri əhatə edir:
14 fevral, saat 00:00–07:00 – Hava limanı yolundan "Koroğlu" metrostansiyası istiqamətində;
15 fevral, saat 00:00–07:00 – "Koroğlu" metrostansiyasından Hava limanı istiqamətində.
Alternativ olaraq, sərnişinlər 8 Noyabr prospekti – Zığ yolu marşrutundan (və əks istiqamətdə) istifadə edə bilərlər.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və hava limanına daha erkən yola düşməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar