Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər "Sevgililər günü" CƏRİMƏLƏNƏCƏK

Tarix: 13-02-2026 17:33     Baxış: 441 A- / A+
"Sevgililər günü" bu şəxslər CƏRİMƏLƏNƏCƏK
Hər il olduğu kimi, 14 Fevral - Sevgililər Günü ərəfəsində paytaxt və bölgələrdə fəaliyyət göstərən gül və hədiyyə dükanlarında canlanma müşahidə olunur. Lakin alıcıların sözlərinə görə, bayram yaxınlaşdıqca bəzi satış məntəqələrində qiymətlərdə süni artım halları da qeydə alınır. Xüsusilə qızılgül, buketlər və romantik hədiyyələr əvvəlki günlərlə müqayisədə daha baha təklif olunur.

Manevr.az
xəbər verir ki, bu barədə hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib. O deyib ki, 14 Fevral ərəfəsində gül və hədiyyə dükanlarında müşahidə olunan süni qiymət artımları qanun pozuntusudur:

"Azərbaycan qanunvericiliyinə görə sahibkar qiyməti sərbəst müəyyən etsə də, bu  bazarda qıtlıq yaradaraq və ya istehlakçını aldatmaq yolu ilə sui-istifadə predmetinə çevrilə bilməz. Süni qiymət artımı halları "Rəqabət Məcəlləsi" və antiinhisar qanunvericiliyi ilə qadağan olunur. Bu cür hallar aşkar edildikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırma aparılır. Araşdırma zamanı qiymətlərin əvvəlki dövrlə müqayisəsi, alış sənədləri və maya dəyəri yoxlanılır. Əsassız qiymət artımı təsdiqlənərsə, sahibkara inzibati cərimə tətbiq oluna bilər. Cərimələr hüquqi şəxslər üçün daha yüksək məbləğdə müəyyən edilir. Bundan əlavə, qanun pozuntusunun təkrarlanması fəaliyyətin müvəqqəti dayandırılmasına da səbəb ola bilər. İstehlakçıların aldadılması faktı sübuta yetirilərsə, ödənilmiş vəsaitin geri qaytarılması tələb oluna bilər. İstehlakçılar qiymət artımı ilə bağlı rəsmi qurumlara şikayət etmək hüququ var".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar