Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Regional xəzinədarlıq idarələri ləğv edilir? - Rəsmi

Tarix: 13-02-2026 12:24     Baxış: 335 A- / A+


Dövlət Xəzinədarlıq Agentliyinin regional xəzinədarlıq idarələri qanunvericiliyin tələblərinə əməl edilməklə yenidən təşkil edilir.
Manevr.az xəbər verir ki, bunu regional xəzinədarlıq idarələrinin ləğv ediləcəyi barədə apa-ya Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mayis Piriyev deyib.
O qeyd edib ki, yenidən təşkil olunacaq strukturda regional xəzinədarlıq idarələrində çalışan əməkdaşlarla bağlı əmək münasibətləri normativ hüquqi aktlara uyğun tənzimlənəcək.
M.Piriyevin sözlərinə görə, hazırda dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Əsas prioritetlərdən biri də dövlət büdcəsindən ayrılan vəsaitlərin ünvanlı və səmərəli şəkildə icrasının təmin edilməsidir.
“Bu çərçivədə Dövlət Xəzinədarlıq Agentliyinin fəaliyyətində rəqəmsal idarəçiliyin tətbiqi genişləndirilir, dövlət xəzinədarlığı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, fəaliyyətin optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə mərkəzləşdirilmiş və daha çevik idarəetmə modeli yaradılır”, - deyə Nazirliyin rəsmisi bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar