Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı

Tarix: 13-02-2026 09:10     Baxış: 336 A- / A+
"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı
Son zamanlar onlayn alış-veriş platformalarından istifadənin sayı artıb. Bunun fonunda karqo şirkətləri ilə bağlı problemlər də qabarıb.
Manevr.az xəbər verir ki, bir çoxları sosial şəbəkələrdə məhsulların gec və ya defektli vəziyyətdə gəlməsindən şikayətlənirlər. Hətta elə karqo şirkətləri var ki, sifariş olunan və geri qaytarılan malları mənimsəməkdə ittiham olunur. İddialara görə, bu cür hallara daha çox "Temu"dan sifariş olunan malların çatdırılmasında rast gəlinir.
Şikayətçi Tofiqə Qurbanova da bununla bağlı başına gələnləri danışıb.
Tofiqə Qurbanova "Temu"dan məhsul sifariş verib. Daha sonra məhsulun çatdırılması gecikdiyi üçün sifarişi ləğv etmək məqsədilə platformaya müraciət edib. Vətəndaşa ödəniş məbləği qaytarılıb və ona məhsulun geri göndərilməsinə ehtiyac olmadığı bildirilib. Bundan sonra o, bağlamanı təhvil almaq məqsədilə "166 Cargo" şirkəti ilə əlaqə yaradıb. Onlar sifarişi götürmək üçün vətəndaşı "Kargolux"a yönləndiriblər. Şirkət əməkdaşları isə bağlamanın gömrük orqanına təhvil verildiyini deyiblər.
Mövcud vəziyyətlə bağlı adıçəkilən karqo şirkətindən verilən məlumata görə, onlara bildirilib ki, həmin məhsul gömrüyə təhvil verilməlidir.
Dövlət Gömrük Komitəsindən isə qeyd edilib ki, bağlama gömrük nəzarətindən keçib və daşıyıcı şirkətə təhvil verilib. Daha sonra gömrük tərəfinə qaytarılması tələb olunmayıb.
Şikayətçi isə əlaqə saxlayaraq bağlamasının ona təhvil verildiyini bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar