Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Qardaşım mənə ləkə yaxıb məhkəməyə verdi" - Efirdə AĞLADI

Tarix: 12-02-2026 23:03     Baxış: 352 A- / A+
"Qardaşım mənə ləkə yaxıb məhkəməyə verdi" - Efirdə AĞLADI - VİDEOAktrisa Sonaxanım Əliyeva "Tarixin bir günü" verilişində duyğusal anlar yaşayıb.

Ailə qalmaqalları ilə sarsılan sənətçi qardaşı ilə yaşadığı gərgin münasibətlərdən danışarkən göz yaşlarına hakim ola bilməyib.

Müğənni bildirib ki, anasının vəfatı ilə bağlı xəbəri ona ailə üzvləri deyil, başqa bir şəxs çatdırıb:

"Anamın ölüm xəbərini mənə demədilər. Başqası zəng vurub dedi. Həyatımın şokunu yaşadım. O zaman qardaşımı ürəkdən bağışladım. Fikirləşdim ki, insandır, həmin an səhv edib. Qardaşdır, pisliyimi istəməz".

Sənətçi qeyd edib ki, hər zaman böyüklük göstərməyə çalışıb:

"Mən kiçik bacı olsam da, böyüklük göstərirdim. Amma sonra məni ləyaqətsiz vərəsə kimi məhkəməyə verdi. Halbuki hamı bilir ki, anamın yanında mən olmuşam, ona baxmışam. Ailə quranda da yanımda olub".

Sonaxanım Əliyeva məhkəmə proseslərinə qatılmadığını da vurğulayıb:

"Məhkəmələrə getmədim. Anamın sağlığında evi özlərinə götürdülər. Heç kim özü ilə o dünyaya nəsə aparmayacaq".

O, qardaşının övladlarının barışıq üçün təşəbbüs göstərdiyini, lakin yenidən məhkəməyə verildiyini deyib:

"Oğullarını qapıma göndərdilər, ağladı, dedi bəsdir, mehribanlıq olsun. Bağışladım. Ardınca yenə məhkəməyə verildim. Ona görə deyirəm ki, xəyanət edən yenə edəcək. Bu fikirlə razıyam".

Sənətçinin efirdə səsləndirdiyi sözlər studiyada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. milli.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar