Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu reabilitasiya mərkəzi açır

Tarix: 12-02-2026 14:40     Baxış: 353 A- / A+

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, tanınmış jurnalist Ceyhun Əsgərov yeni reabilitasiya mərkəzi açır.
Manevr.az xəbər verir ki, bu barədə teleqraf-a açıqlama verən jurnalist bu qərarının səbəblərinə toxunub:
“Əslində öz sahəmə - kütləvi informasiya vasitələrinə qayıtmağı düşünürdüm. İxtisasım həkimlik olsa da, 23 il jurnalist kimi fəaliyyət göstərdiyimə görə bu sahə mənə doğmadır. Amma reabilitasiya sferası ilə tanış olanda bunun insanlar üçün nə qədər vacib olduğunu anladım. İnsanlar asılılığın nə olduğunu tam bilmir, buna barmaqarası baxırlar. Əslində, asılılıq ölümcül xəstəlikdir, hətta deyərdim ki, xərçəngdən də ağırdır”.
Ceyhun Əsgərov Azərbaycanda reabilitasiya sahəsinin yeni olduğunu və müəyyən çatışmazlıqların mövcudluğunu qeyd edib: “Bu sahə ölkəmizdə son 5-6 ildir ki, inkişaf etməyə başlayıb. İstəyirəm ki, diqqətimi bu sahədə olan mövcud çatışmazlıqların aradan qaldırılmasına cəmləyim və yeni reabilitasiya mərkəzi açım. Asılı gənclərimizin bu bəladan qurtulması üçün vasitəçi olmaq niyyətimdəyəm”.
Jurnalist həmçinin bu sahədə qanunvericilik bazasının yaradılmasının vacibliyini vurğulayıb: “Qanun olmayanda nəyin qanuni, nəyin qanunsuz olduğu bilinmir. Mütləq şəkildə bu barədə qanun qəbul olunmalıdır.
Digər tərəfdən, reabilitasiya mərkəzlərinin çoxu ictimaiyyət üçün qapalıdır. Fikrimcə, daha açıq və yeni modellər hazırlayıb cəmiyyətə təqdim etmək lazımdır ki, əlavə suallar yaranmasın”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar