Sizin Reklam Burada
Xəbər lenti
02-08-2026
01-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ağac kəsintisi ilə bağlı cinayət işi açıldı

Tarix: 19-07-2017 19:06     Baxış: 4301 A- / A+
Ağac kəsintisi ilə bağlı cinayət işi açıldı


Paytaxtın Nizami rayonu ərazisində tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi, 20 ədəd ağaca isə zədələr yetirilməsi nəticəsində təbiətə 7920 manat məbləğində ziyan vurulması, eləcə də aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq sahəsinin kəsilməsinə dair hüquq verən rəsmi sənədlər təqdim edilməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırmalarla Meşə Məcəlləsinin və meşə qanunvericiliyi üzrə normativ aktların tələblərinin kobud surətdə pozularaq kəsməyə hüquq verən əsaslar olmadan külli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi hallarına yol verilməsi müəyyən edilib.

Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 19 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar