Azərbaycanda boşanmaların sayının artması yenidən müzakirələrə səbəb olub. Ədliyyə Nazirliyinin açıqladığı rəsmi statistikaya görə, cari ilin yanvar ayında 2914 nikah qeydə alındığı halda, eyni dövrdə 1779 nikah pozulub. Boşanmaların yüksək göstəricisi cəmiyyətdə ailə institutunun möhkəmləndirilməsi ilə bağlı çağırışları artırıb. Müzakirələrə qoşulan müğənni Eldəniz Məmmədov Türkiyədə tətbiq olunduğunu iddia etdiyi cərimə modelini nümunə göstərərək, boşanan şəxslərə 50 min dollar məbləğində cərimə tətbiq edilməsini təklif edib. Onun bu fikri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Xəbər lenti
Azərbaycanda boşananlar cərimələnəcək? — AÇIQLAMA — AÇIQLAMA
Azərbaycanda boşanmaların sayının artması yenidən müzakirələrə səbəb olub. Ədliyyə Nazirliyinin açıqladığı rəsmi statistikaya görə, cari ilin yanvar ayında 2914 nikah qeydə alındığı halda, eyni dövrdə 1779 nikah pozulub. Boşanmaların yüksək göstəricisi cəmiyyətdə ailə institutunun möhkəmləndirilməsi ilə bağlı çağırışları artırıb. Müzakirələrə qoşulan müğənni Eldəniz Məmmədov Türkiyədə tətbiq olunduğunu iddia etdiyi cərimə modelini nümunə göstərərək, boşanan şəxslərə 50 min dollar məbləğində cərimə tətbiq edilməsini təklif edib. Onun bu fikri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.Sosioloq Mail Yaqub bildirib ki, bu rəqəmlər cəmiyyətdə çox ciddi və eybəcər vəziyyətin formalaşdığını göstərir:
“Artıq boşanmaların sayı 50 faizi keçib, hətta 60 faizə yaxınlaşır. Bu, sadəcə statistika deyil, ailə institutunun dərin böhran içində olduğunun açıq göstəricisidir. Şübhəsiz ki, burada ciddi və sistemli addımların atılması zəruridir. Mövcud durum göstərir ki, bəzi hallarda qanunvericilik birtərəfli işləyir. Tanıdığımız ailələr var ki, qadın boşanmaq qərarı verir və qanun tamamilə onun tərəfində dayanır, halbuki həyat yoldaşı boşanmaq istəmir və normal insandır. Nəticədə kişi həm ailəsini itirir, həm də üç uşaq üçün aliment ödəmək məcburiyyətində qalır. Məsələnin ağırlığı və sosial nəticələri məhz burada ortaya
çıxır. Bu vəziyyət olduqca təhlükəlidir və gələcək üçün ciddi risklər yaradır”.
O deyib ki, ona görə də qanunvericilikdə dəyişikliklərin aparılması qaçılmazdır:
“Bu dəyişikliklərin necə olacağı isə ayrıca müzakirə mövzusudur. Ekspertlər, hüquqşünaslar və sosioloqlar bu məsələ üzərində ciddi düşünməli, balanslı və ədalətli mexanizmlər təklif etməlidirlər. Əks halda, mövcud vəziyyət cəmiyyəti daha da çətin və çıxılmaz bir nöqtəyə sürükləyəcək. Bu qədər boşanmanın qarşısını almaq üçün cərimə mexanizmlərinin tətbiqi müzakirə oluna bilər. Belə bir addımın atılması üçün mütləq şəkildə ekspertlər arasında geniş fikir mübadiləsi aparılmalıdır. Əsas problem ondan ibarətdir ki, mövcud ailə qanunvericiliyi bu günkü reallıqlara və yaranmış problemlərə adekvat deyil. Hətta bəzən elə təəssürat yaranır ki, qanunvericilik boşanmaların qarşısını almaq əvəzinə, bu prosesi dolayısı ilə asanlaşdırır. Bu yanaşma dəyişdirilməli və ailə institutunu qoruyan daha balanslı mexanizmlər formalaşdırılmalıdır”. demokrat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































