Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıya qarşı müharibə çağırışı gəldi – 39 il əvvəlki elan təkrarlandı

Tarix: 10-02-2026 20:05     Baxış: 446 A- / A+
WhatsApp Image 2026 02 10 at 15.24.33(Abel Aqanbekyan)
“Azərbaycanın dövlət təhlükəsizliyi orqanları istər Vətən müharibəsində, istərsə sülh dövrünün başladığı və ona qarşı qəsdlərin artdığı zamanda dövlətimizin qoruyucu zirehlərdən biri kimi çıxış edir”.

Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.

“İkinci toxunmaq istədiyimiz məsələ Bakı Hərbi Məhkəməsində müharibə cinayətlərində təqsirləndirilən 15 nəfər barəsində hökmün elan edilməsi xalqımıza qarşı törədilən ədalətsizliklərə verilən qəti və tarixi cavab Azərbaycan Ordusunun döyüş meydanlarında qazandığı Qələbənin məhkəmə salonlarında da hüquqi təsdiqidir.

Məhkəmədən bir gün öncə Əbu-Dabidə iki dövlət rəhbərinin ərəb dünyasının Nobeli sayılan Sülh mükafatına layiq görülməsi, Prezident İlham Əliyevin çoxəsrlik silahlı münaqişədən sonra regiona və dünyaya barış gətirməsi işğalçılara, onların ideoloqlarına və himayədarlarına verilən ən böyük cəzadır”, – Z.Oruc qeyd edib.

Deputat bildirib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması yaxınlaşdıqca gizli qəsdçiləri açıq görürük:

“Fransa Milli Assambleyasının qətnaməsini təqdim edən Loran Vokye deyir ki, Azərbaycan guya Ermənistanı yox etmək, erməniləri silmək istəyir. İndi bütün dünya görür: Fransa parlamentariləri sülhə necə zərbə vurur və erməni xalqını hansı təhlükəyə atmaq istəyir.

Assambelyanın qərarı müharibəyə çağırışdır, ABŞ-ın sülh missiyasına zərbədir və düşmənçilik üçün 1987-ci ilin “Humanite” jurnalındakı çağırışın təkrarıdır.

Prezident İlham Əliyev nəinki Qafqaza, bütövlükdə dünyaya barış və təhlükəsizlik gətirir. Proqnozlaşdırmaq çətin deyil ki, sülhə qarşı birləşən qüvvələr qarşıdakı aylarda təxribatlarını daha da gücləndirəcəklər. Ona görə xalqımızdan birlik və möhkəm iradə tələb olunur.

Ermənistanla başlayan ticarət və siyasi əlaqələrin müdafiəsi sui-qəsdçilərə zərbə vuracaq, qlobal müharibə  partiyasını məğlub edəcək. Gəlin, düşmənçilikdən qazanan keçmiş imperiyaların niyyətlərinə fürsət verməyək. Gəlin, Sülh Zəfəri liderinin, əsl Nobeli haqq edən İlham Əliyevin nəinki Qafqaz, bütün dünya üçün xilaskarlıq kursunu qətiyyətlə müdafiə edək. İndi sülh uğrunda mübarizə elə 44 günlük savaşdakı qədər birlik və məsuliyyət tələb edir”.

Qeyd edək ki, erməni akademik Abel Aqanbekyan SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olub. Məhz onun 1987-ci ildə Fransanın “Humanite” qəzetinə verdiyi açıqlama Qarabağ münaqişəsinin başlanması üçün siqnal olmuşdu. qlobalinfo.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar