Bəs, qiymət artımın səbəbi nədir?
Manevr.az xəbər verir ki, məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında deyib ki, son vaxtlar zavod çörəyindən başqa çörək növlərinin bahalaşmasının əsas səbəbi istehsal xərclərinin artmasıdır:
"Çeşidli çörəklər adətən özəl sexlərdə və kiçik istehsalçılar tərəfindən hazırlanır və onlar un, maya, yağ, elektrik enerjisi, qaz, işçi haqqı və nəqliyyat xərclərindəki artımı daha tez hiss edirlər.
Xüsusilə, unun və digər xammalın qiymətinin bahalaşması bu çörəklərin maya dəyərini yüksəldib.
Zavod çörəyinin qiyməti isə dövlət nəzarətində saxlanıldığı üçün uzun müddət dəyişmir və istehsalçılar subsidiyalar və ya daxili balans hesabına qiyməti sabit tutmağa çalışırlar. Digər çörək növləri bu mexanizmə daxil olmadığından bazar şərtlərinə uyğun olaraq qiymət artırmaq məcburiyyətində qalırlar. Nəticədə, xərclər artdıqca bu çörəklərin qiyməti də 20-30 qəpik civarında yüksəlir".






































