Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
15-06-2026
BÜTÜN XƏBƏRLƏR

Qaçırılan avtomobil Şamaxıda saxlanıldı

Tarix: 19-07-2017 16:10     Baxış: 5344 A- / A+
Qaçırılan avtomobil

İyulun 19-na keçən gecə Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi"nə Qobustan qəsəbəsi ərazisində avtomobili qaçırılması barədə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə gələn Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, saat 1.00 radələrində Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs Qobustan qəsəbəsinə gedəcəyini bildirib.
Qəsəbə ərazisinə çatanda həmin şəxs ona pul verməli olan bir nəfərin başqa bir avtomobildə gözlədiyini deyib, içkili olduğundan özünün düşə bilməyəcəyini, sürücüdən pulu həmin adamdan götürməsini xahiş edib. E.Dəmirov maşından düşən kimi həmin şəxs avtomobili sürərək oranı tərk edib. Aldadıldığını və avtomobilinin qaçırıldığını görən zərərçəkmiş polisə müraciət edib.
Əməliyyat qrupu məlumatı aidiyyatı üzrə ötürüb və maşının saxlanılması üçün təxirəsalınmaz tədbirlərə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə 11-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini, Elnur Baxışov olması müəyyən edilib.
Faktla əlaqədar Qaradağ RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar