Xəbər lenti
“Bəzi qadınlar xoşbəxtliyi məşq edir...” — Çinarə Ömray yazır...
Çinarə Ömrayyazıçı
Bəzi insanlar bir-birinin qabırğasından yaranır...
Allah qadını kişinin qabırğasından yaradanda, deyəsən, bir anlıq fikrə getmişdi. Birinə yetəcək ağrını ikisinə bölmək istədi bəlkə də… Və kişinin sinəsindən iki qabırğa aldı, sonra da düşündü: “Bu ağrı ağır olar”, qadını əvvəl yer üzünə göndərdi. Kişi sağalsın, sonra gəlsin deyə...
Elə o gündən qadınlar ilk gedən oldu. İlk hiss edən, ilk yanan, ilk sınanan…
Elə o gündən kişilər qadına görə ağrıdı. Hər dəfə səbəbi bilmədən, hər dəfə adı qoyulmadan. Kişi o gündən iki addım geridə qaldı, içində iki qabırğalıq boşluqla yaşadı. Həmişə nəsə çatmırmış kimi… Həmişə sinəsinin bir yerində səbəbsiz bir sancı ilə. Qadın isə bəzən çox düşündü.
Elə düşündü ki, bir anlıq gözünü yumub açsa, bütün həyatlardan silinsə, rahatlayacaq. Amma sonra yadına düşdü ki, qabırğa ağrısı pis ağrıdır. Adamı qovurur, yandırır, amma sağaltmır...
Düşündü ki, heç kimin bu ağrını yaşamağa haqqı yoxdur. Heç onun da!.. Ona görə ürək ağrısına dözdü, ruh ağrısına dözdü, amma qabırğa ağrısını kiməsə miras qoymadı.
Bəzi qadınlar xoşbəxt olmaq üçün doğulur, bəziləri isə xoşbəxtliyi öyrənir, məşq edir, imitasiya edir...
Bəzi qadınlar həyat yoldaşı olur, bəziləri isə… qabırğa yoldaşı.
Həyat yoldaşı olmaq nisbətən asandır, qaydaları var, öhdəlikləri var, yerinə yetirirsən, uyğunlaşırsan, adını da qoyurlar xoşbəxtlik!.. Amma qabırğa yoldaşı olmaq… O, zülümdür. Sevgi dolu, qaçılmaz bir zülm! Çünki orada sən sadəcə sevmirsən, duyursan. Onun ağrısı sənin içindən keçir. Çünki o, sənin canından olan şeydir.
Qabırğa yoldaşından istəsən də gedə bilməzsən. Çünki dünyanın harasında olursan ol, onu hiss edəcəksən. Səsini eşitməsən də, varlığını duyacaqsan. Bəzi insanlar bir-birinin həyatına yox, bir-birinin sinəsinə yazılır...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































