Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Arvadından sonra qızı da işdən çıxarıldı

Tarix: 05-02-2026 18:00     Baxış: 348 A- / A+
Xəbər verdiyimiz kimi, həyat yoldaşı Habil Eyvazovun sərxoş halda Tiktokda canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub.

Bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.

Məlumata görə, atasının Tiktokda qeyri-etik ifadələr səsləndirməsinə görə Leysan Məmmədov Jalə Eyvazovanı da vəzifəsindən azad edib.

Digər bir maraqlı məqam isə odur ki, uzun illər Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləyən Habil Eyvazov işğaldan azad olunmuş ərazilərdə yük avtomobillərinin biznesi ilə məşğuldur. O, ailəsinə məxsus yük avtomobillərini şirkətlərə icarəyə verməklə gəlir əldə edir. Özü isə rəsmi olaraq Azərbaycanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən "Agro Dairy" şirkətində çalışır. qaynarinfo

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar