Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi başa çatdı

Tarix: 05-02-2026 16:18     Baxış: 344 A- / A+
Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi başa çatdı
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Türkiyənin Qəhrəmanmaraş vilayətində inşa edilən “Azərbaycan məhəlləsi”nin tikintisi başa çatdırılıb.
Manevr.az APA-ya istinadla xəbər verir ki, məhəllənin 4 kvartalında 26 bina, 456 mənzil və 328 qeyri-yaşayış obyekti inşa edilib.
Mədəniyyət mərkəzinin tikintisinin isə bir il ərzində tamamlanması planlaşdırılır.
Ümumilikdə 27,6 hektar ərazini əhatə edən “Azərbaycan məhəlləsi”ndə 68 yaşayış binası olmaqla 1194 mənzil, 1595 qeyri-yaşayış obyekti, ibtidai məktəb, uşaq bağçası istifadəyə verilib
Qeyd edək ki, 2023-cü il aprelin 29-da TEKNOFEST çərçivəsində Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının təməli qoyulub. Layihə ilə bağlı əməkdaşlıq sazişi isə 2023-cü il sentyabrın 25-də Naxçıvanda imzalanıb.
2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılışı keçirilib.
2025-ci il iyunun 19-da Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan məhəlləsi”nin rəsmi açılışı olub və mənzillərin açarları sakinlərə təqdim edilib. Tamamlanan digər mənzillərin isə fevralın 6-da təqdim edilməsi nəzərdə tutulur.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar