Sizin Reklam Burada
Xəbər lenti
19-04-2026
18-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qazaxda sərxoş vəziyyətdə qəza törədən icra başçısının köməkçisi vəzifəsindən azad olundu

Tarix: 04-02-2026 23:06     Baxış: 364 A- / A+
Qazaxda sərxoş vəziyyətdə qəza törədən icra başçısının köməkçisi vəzifəsindən azad olundu
30 yanvar 2026-cı il tarixində gecə saatlarında Qazax şəhəri Bakı küçəsində "Kia Sorento” markalı avtomobilin yol kənarındakı hasara çırpılaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Axundov Süleyman Asif oğlu da olub.

Həmin gün sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntülər yayılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, S. Axundov baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib.

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün S. Axundov dövlət qulluğunda çalışmağa layiq olmadığını və səhvə yol verdiyini etiraf edib. Onun öz ərizəsi əsasında 30 yanvar 2026-cı il tarixində tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib. unikal

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar