Xəbər lenti
“Elə adamın yükünü daşı ki, bir gün yıxılsan, yükünü daşısın” -Zeynalovdan son söz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov son söz deyib.
O bildirib ki, özünü təqsirli bilmir və ittihamları qəbul etmir: “Daim dövlətə sadiq olmuşam. Bundan sonra da belə olacağam. Həbsxana həyatı mənim üçün bioloji ölümdür. Mən heç vaxt dövlət büdcəsini yeməmişəm, dəstə yaratmamışam. Qohumlarımın əmlaklarına qoyulan həbs götürülməlidir. Həmin əmlakları mənim pulumla yox, öz zəhmətləri ilə qazanıblar. Mən ittihamı yox, amma səhvimi qəbul edirəm. Səhvimə görə də cəzamı çəkirəm. Allah məni bağışlasın. Cəzamı çəkməyə hazıram. Son sözümü ataların dediyi “Elə adamın yükünü daşı ki, bir gün yıxılsan, yükünü daşısın” ifadəsi ilə bitirirəm”.
Digər təqsirləndirilənlər – Bayram Vəliyev, Məhəmməd Məmmədov və Beytulla Hüseynov da son sözlərində məhkəmədən ədalətli qərar çıxarılmasını istəyiblər.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar