Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda və Abşeronda bu ərazilərdə olan evlər söküləcək

Tarix: 04-02-2026 21:55     Baxış: 348 A- / A+
Bakıda və Abşeronda bu ərazilərdə olan evlər söküləcəkBakıda və regionlarda elə təhlükəli ərazilərdə qanunsuz evlər tikilib ki, onlar tədricən söküləcək.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı zaman-zaman hökumət tərəfindən işlər görülür və təxminən 30 mindən yuxarı fərdi yaşayış evinin sənədləşməsi işləri həyata keçirilir:

"Ən çox problem yaradan məsələlərdən biri bələdiyyə mülkiyyətində olan, yəni bələdiyyə torpaqlarında vətəndaşlar tərəfindən inşa edilən fərdi yaşayış evləri ilə bağlıdır və bu istiqamətdə də artıq hərəkətlilik var".

Ekspert söyləyib ki, hər il vətəndaşlar tərəfindən ev tikilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan şirkətlərə müraciət edilir:

"Həmin torpaq sahələri qiymətləndirilir və vətəndaşlara satışı həyata keçirilməkdədir. Yəni bələdiyyələr tərəfindən həmin torpaq sahələri həmin vətəndaşlara satılır və bunun əsasında sənədləşmə işləri həyata keçirilir. Hazırda bu istiqamətdə bələdiyyələr də iş aparır və keçən il haradasa 1000-dən yuxarı belə müraciətlər olub. Bu il də təxminən 5000-dən yuxarı belə bir müraciətin olacağı gözlənilir".

R.Qasımzadə qeyd edib ki, ən böyük problemli məsələlərdən biri kommunikasiya xəttlərinin üzərində, xüsusilə də dəmiryolu xəttlərinə yaxın, yüksək təzyiqli qaz və su kəmərlərinin mühafizə zonasında və yüksək gərginlikli elektrik xətlərinin altında olan torpaq sahələri ilə bağlıdır.

Onun sözlərinə görə, bu cür ərazilərdə olan evlərə birmənalı olaraq hökumət tərəfindən çıxarış verilməyəcək və onların zaman-zaman söküntüsü həyata keçiriləcək: "Yəni vətəndaşların həyatına təhlükə xarakteri daşıdığı üçün həmin torpaq sahələrinin mülkiyyətə verilməsi həyata keçirilməyəcək və üzərində olan tikililər də söküləcək".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar