Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Vəhhabilər “20 Yanvar” metrosunu PARTLADACAQ” - Cinayətkar hər şeyi ETİRAF ETDİ

Tarix: 19-07-2017 13:53     Baxış: 3370 A- / A+
“Vəhhabilər “20 Yanvar” metrosunu PARTLADACAQ”


Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Rahib Sahabovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Rahib Sahabov 2016-cı ilin noyabr ayında Masazır qəsəbəsində yaşadığı evdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. O vəhhabi təriqətinin üzvlərinin “20 Yanvar” metronstansiyasını partladacağını deyib.
Məlumatla bağlı müvafiq araşdırma aparılıb, lakin məlumat təsdiqini tapmayıb.
Keçirilən əməliyyat nəticəsində Rahib Sahabov həbs edilib. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermək) maddəsilə ittiham edilir.
Rahib Salahov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, zəng vuran zaman içkili olub: “İçmişəm, piyan olmuşam. Hadisədən əvvəl bir həftə hər gün içirdim, qardaşım rəhmətə getmişdi. Peşmanam, nə dediyimi, niyə dediyimi də bilmədim”.
Rahib Sahabov ifadə verən zaman hakimdən xahiş edib ki, onun barəsində hökm tez çıxarılsın: “Onsuz da özümü təqsirli bilirəm. Dərmanla yaşayıram, məhkəməyə gedib-gələ bilmirəm”.
Növbəti proses iyulun 26-da davam edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar