Xəbər lenti
Sevil obrazından bu günə: “Azad Qadın” heykəlinin hekayəsi - VİDEO

1920-30-cu illərdə Azərbaycan cəmiyyətində qadının rolu ilə bağlı köklü dəyişikliklər yaşanırdı. Bu, təkcə sosial islahat deyil, həm də düşüncə inqilabı idi.
Manevr.az xəbər verir ki, Cəfər Cabbarlının yaratdığı Sevil obrazı da bütöv bir xalqın qaranlıqdan işığa çıxmaq cəsarətini simvolizə edirdi.
Məhz həmin ideyanın bədii və tarixi davamı kimi 1960-cı ildə Fuad Əbdürrəhmanov “Azad Qadın” heykəlini yaratdı.
Bu gün isə Azərbaycan qadını ictimai həyatın bərabərhüquqlu iştirakçısı kimi çıxış edir: istər dövlət qulluğunda, istər qanunverici orqan olan Milli Məclisdə, istərsə də iqtisadi-sosial sferada...
Hazırda Bakının Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən “Azad Qadın” heykəli də məhz Azərbaycan cəmiyyətində söz sahibi olan qadınların simvoludur.
Daha ətraflı “ARB24”ün hazırladığı videosüjetdə:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























