Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni metro stansiyası olan yerlərdə mənzillər bahalaşacaq

Tarix: 02-02-2026 09:51     Baxış: 320 A- / A+
Yeni metro stansiyası olan yerlərdə mənzillər BAHALAŞACAQYeni metrostansiyaların tikilməsi həmin ərazilərdə mənzil qiymətlərinə təsir edəcək.
Manevr.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspertlər deyirlər. Bildirirlər ki, Yeni Günəşli, Zabrat, Saray, Masazır və Xırdalanda tikiləcək metrostansiyalar həmin ərazilərdə torpaq və mənzil qiymətlərini xeyli artıracaq.
Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, daşınmaz əmlakların satış qiymətlərini artıran ən böyük amillərdən biri də həmin ərazilərdə infrastrukturun formalaşmasıdır.
Yəni avtobus xətləri və metrostansiyalar yaxın olan ərazilərdəki əmlakların satış qiymətləri digər ərazilərdən daha yüksək olur.
Ekspert hesab edir ki, bu ərazilərdə təkcə qiymət yox, tələbat da artacaq.
«Artıq paytaxtın bir çox ərazilərində yeni metrostansiyaların açılacağı gözlənilir ki, yaxın gələcəkdə həmin ərazilərdə də əmlakların satış qiymətlərində artımlar gözlənilir.
Artımlarla yanaşı, bu ərazilərdəki əmlaklara tələbat da həddən artıq çox olur. Baxsaq, hal-hazırda Bakı ətrafı, infrastrukturu zəif olan ərazilərdə torpaqlara və daşınmaz əmlaklara tələbat az olsa da, infrastrukturu sıx olan ərazilərdə tələbatın artması həmin ərazilərdə də qiymətlərə öz təsirini göstərir. Artıq yeni matro stansiyalar asçılacaq ərazilərin adları açıqlanıb. Həmin ərazilərdə metronun hələ gələcəkdə inşa edilməsi gözlənilsə də artıq həmin ərazilərə insan axını tələbatın çoxalması və qiymət artımı qaçılmaz olacaq»-deyə E.Fərzəliyev bildirir.
Qeyd edək ki, artıq Bakı metrosunda 2027-ci ilə qədər inşası nəzərdə tutulan 10 stansiyadan 1-də tikinti gedir, digər 9 stansiyanın layihələndirmə işləri yekunlaşıb. Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, metronun şərti adı B4 olan stansiyanda tikinti davam edir və bu ilin sentyabr ayına qədər bitməsi nəzərdə tutulub.
Dərnəgül deposunda da tikinti işlərinə başlanılıb./Xəzərxəbər

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar