Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
30-01-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlının 2 milyonluq evini əlindən aldılar

Tarix: 31-01-2026 16:12     Baxış: 342 A- / A+


Rusiyanın Sverdlovsk vilayətinin Alapayevsk şəhərində yaşayan, Rusiya vətəndaşlığı almış azərbaycanlıya xaricilərin saxta qeydiyyata alınması ilə bağlı cinayət işi açılıb və o, mənzilindən məhrum edilib.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, ittihama görə, o, 2024 və 2025-ci illərdə 46,6 kvadratmetr sahəsi olan ikiotaqlı mənzilində faktiki olaraq orada yaşamayan 9 həmvətənini qeydiyyata alıb.
Həmin mənzildə eyni zamanda ailəsi ilə birlikdə bir kirayəçi də yaşayırmış.
Azərbaycanlının mənzilində qeydiyyata aldığı şəxslərin hamısı qonşu yaşayış məntəqəsində yerləşən mişar sexində işləyiblər. Orada ustabaşı kimi çalışan tanışı ondan bu “xidməti” xahiş edib və qarşılığında kommunal xərcləri ödəyib.
Məhkəmə Azərbaycan vətəndaşını təqsirli bilib, ona 200 min rubl cərimə kəsib və təxminən 2 milyon rubl dəyərində olan mənzilini də müsadirə edib.
“Müttəhimə məxsus mənzil cinayətlərin törədilməsində vasitə kimi istifadə olunub, üstəlik bu yaşayış sahəsi müttəhim tərəfindən yaşayış üçün istifadə edilmir. Bu səbəbdən sözügedən mənzil dövlət mülkiyyətinə məcburi və əvəzsiz şəkildə müsadirə edilməlidir”, - deyə məhkəmə materiallarında qeyd olunub.
Məhkumun vəkili Zarina Adıyeva hökmün vilayət məhkəməsində yenidən baxılması üçün apellyasiya şikayəti hazırlayıb.
“Bu halda mənzil cinayətin törədilmə vasitəsi sayıla və deməli, müsadirə edilə bilməz. Əgər bu məntiqlə yanaşsaq, onda qətl və ya zorlamaların baş verdiyi mənzilləri də müsadirə etməliyik”, - deyə o bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar