Xəbər lenti
25 yaşında prorektor, 36-da icra başçısı olub - Şəkil

Azərbaycanda gənc yaşlarında karyera pillələrində sürətlə irəliləyən məmurlardan biri də Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucovdur. Ölkənin alovlu YAP-çılarından sayılan Orucov həm hakim partiyada, həm də dövlət qurumlarında məsul vəzifələr tutmağı bacarıb.
Seymur Orucov 27 oktyabr 1984-cü ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistratura pilləsini bitirib. O, "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur.
Seymur Orucovun yüksəlişində Azərbaycan Dövlət İqtisad Universiteti xüsusi rol oynayıb. Orucov bu təhsil ocağında aspirant və müəllim, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 2009-2011-ci illərdə isə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri işləyib.
Fotoda: Seymur Orucov

Seymur Orucov hakim partiyada da məsul vəzifələr tutub. O, 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 2010-cu ildə "Tərəqqi" medalı, 2016-cı ildə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Seymur Orucov mətbuatda haqqında ən çox yazılan icra başçılarından biridir. O, şəxsi həyatı və geyim tərzi ilə tez-tez gündəmə gəlir. Hazırda internet resurslarında onun fəaliyyətindən bəhs edən 1000-dən çoxu xəbər, məqalə, müsahibə və reportaj var. Bu materiallarda tənqid yükü çoxluq təşkil edir. mətbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























