Sizin Reklam Burada
Xəbər lenti
30-01-2026
29-01-2026
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının sabiq köməkçisi həbs olundu - Nazirlikdə iş vədi ilə dələduzluq edib

Tarix: 28-01-2026 22:28     Baxış: 434 A- / A+

Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsinə işə düzəldəcəyini vəd etməklə vətəndaşa qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Aqşin adlı həmin şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, Aqşin tanışlarından birindən 10 500 manat alaraq onu Elm və Təhsil Nazirliyində mütəxəssis vəzifəsinə düzəldəcəyini vəd edib. Lakin vədini yerinə yetirməyib.

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Aqşin saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunub. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Aqşin məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkənin ona hansı əsasla inanmasına gəlincə, Aqşin bildirib ki, o, əvvəllər Yasamal Rayon İcra Hakimiyyətində icra başçısının köməkçisi vəzifəsində işləyib. Zərərçəkən də bunu bildiyindən onun geniş əlaqələri olduğuna inanıb. Aqşin həmin vəzifədə nə zaman işlədiyini açıqlamayıb. qaynarinfo

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar