Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bu cərimələr 2 dəfə artırıldı

Tarix: 28-01-2026 20:10     Baxış: 361 A- / A+
Bu cərimələr 2 dəfə artırıldı
Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan ərazisindən qanunsuz aparılmasına görə cərimələr 2 dəfə artırılıb.

Bu Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə- fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.

Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.

İndiyə qədər Qüvvədə olan Məcəlləyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilib.

Mühafizə dərəcəsi tətbiqedilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilib.

Qanun 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar