Sizin Reklam Burada
Xəbər lenti
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Gəncədən Bakıya uzanan dələduzluq: "Falçı Telli"nin fırıldağı üzə çıxdı

Tarix: 28-01-2026 08:49     Baxış: 424 A- / A+
Gəncədə falçılıqla məşğul olan qadın Bakıda gənc qızı aldadıb.

"Instagram" sosial şəbəkəsində özünü "falçı Telli" kimi təqdim edən şəxs Bakıdan olan gənc qızla tanış olub. O, gənc qızla ünsiyyət quraraq ona psixoloji təsir göstərib, guya qızın və ailəsinin "şər qüvvələr"in təsiri altında olduğunu bildirib.

Falçı qadın gənc qızı aldadaraq inandırıb ki, sevdiyi oğlan ondan ayrılacaq. Bu "ayrılığın" qarşısını almaq üçün isə qızdan 8 min 500 manat dəyərində qızıl pirsinqlər tələb edib və həmin pirsinqlərin Gəncə şəhərinə göndərilməsini istəyib. Çarəsiz qalan gənc qız tələb olunan məbləğdə qızıl pirsinqlər alaraq Gəncə şəhərinə - falçı Tellinin göstərdiyi ünvana göndərib.

Bir müddət sonra falçı qadın yenidən gənc qızla əlaqə saxlayaraq, guya atasının başqa bir qadınla sevgi münasibəti yaşadığını və yaxın vaxtlarda valideynlərinin boşanacağını bildirib. O, bu hadisənin qarşısını almaq üçün isə gənc qızdan 16 min 500 manat pul tələb edib. Gənc xanım falçıya inanaraq həmin məbləği də ona göndərib.
Hadisə bir müddət sonra üzə çıxıb və gənc qızın valideynləri polisə müraciət ediblər.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində falçı qadın saxlanılaraq istintaqa cəlb edilib.

Cinayət işinin istintaqı yekunlaşıb və materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəyib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və onun barəsində olan cinayət işinə xitam verilib. oxu.az

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar