Sizin Reklam Burada
Xəbər lenti
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Terror hücumunda yaralanan Vasif Tağıyev indi bu səfirlikdə işləyir

Tarix: 27-01-2026 16:58     Baxış: 328 A- / A+

Terror hücumunda yaralanan Vasif Tağıyev indi bu səfirlikdə işləyir

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda yaralanan mühafizəçi Vasif Tağıyev hazırda fəaliyyətini öz istəyi ilə ölkəmizin Ukraynadakı Səfirliyində davam etdirir.
Manevr.az xəbər verir ki, bu barədə onun anası Təranə Tağıyeva bildirib.
Onun sözlərinə görə, oğlu hücumdan sonra iki dəfə əməliyyat olunub və üz nahiyəsindən aldığı güllə yarası səbəbindən həmin hissədə hissiyat itkisi qalmaqdadır.
“Müharibə şəraitinə baxmayaraq bu ölkəni seçməsinin səbəbi ilk diplomatik xidmətinin də Orxan Əsgərovla birgə Ukraynada olmasıdır. Orada işləməsi bizim üçün çox çətindir, hər gün, demək olar ki, həyacan siqnalı verilir”, - T. Tağıyeva söyləyib.
Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı Səfirliyində törədilən terror hücumundan üç il ötür. 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə saat 08:30-da Azərbaycanın İrandakı Səfirliyinə silahlı terror hücumu həyata keçirilib. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirlik binasına daxil olub.
Hadisə zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, hücumun qarşısını alan mühafizəçi Vasif Tağıyev isə ağır yaralanıb.
Vasif Tağıyev göstərdiyi qəhrəmanlığa görə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Hadisə Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı törədilmiş ən ağır terror aktlarından biri kimi tarixə düşüb.nocomment.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar