Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

"WhatsApp"da sərt qaydalar olacaq

Tarix: 27-01-2026 13:09     Baxış: 487 A- / A+



Avropa İttifaqı (Aİ) "Meta" şirkətinə məxsus "WhatsApp" tətbiqini daha sərt tələblərin tətbiq olunduğu "Çox böyük onlayn platforma" kateqoriyasına daxil edib.
Manevr.az xəbər verir ki, bu barədə Aİ Komissiyası rəsmi açıqlama yayıb.
Bildirilib ki, "WhatsApp" Aİ ölkələrindəki istifadəçi sayı 45 milyon həddini keçib və bu səbəbdən tətbiq Rəqəmsal Xidmətlər Aktı çərçivəsində xüsusi nəzarət altına alınıb.
Açıqlamada qeyd olunub ki, "WhatsApp" həm özəl mesajlaşma, həm də onlayn platforma funksiyalarını birləşdirən hibrid xidmətdir. İstifadəçilərə məlumat, yenilik və elanların paylaşılmasına imkan verən "WhatsApp" kanalları funksiyası onlayn platforma anlayışına daxil edildiyindən tətbiq Aİ-də fəaliyyət göstərən platformalar üçün nəzərdə tutulan ümumi öhdəliklərə tabe olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar