Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Naxçıvana gedənlərin NƏZƏRİNƏ: Yeni nəqliyyat marşrutu açılır

Tarix: 25-01-2026 22:43     Baxış: 366 A- / A+
Araz çayı üzərində inşa olunan Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin mart ayına qədər başa çatdırılması planlaşdırılır.

Azərbaycana səfər edən İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə jurnalistlərə açıqlamasında bildirib ki, körpünün tikintisinin Novruz bayramına qədər tamamlanması nəzərdə tutulur.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, Ağbənd-Kəlalə körpüsü Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Araz dəhlizinin ən mühüm halqalarından biridir. Körpü, eyni zamanda, regional nəqliyyat xəritəsində də strateji əhəmiyyət daşıyır.

E.Əmirov qeyd edib ki, bu körpü Şərqi Zəngəzur iqtisadi rayonunun xarici bazarlara çıxışını asanlaşdırır. Bundan əlavə, məsafənin hesablanacağı marşrutdan asılı olaraq yolun 60-100 kilometrədək qısalması kənd təsərrüfatı məhsulları və gündəlik istehlak mallarının daşınma xərclərini azalda, nəticədə qiymətlərin ucuzlaşmasına təsir göstərə bilər.

İqtisadçı bildirib ki, körpü Orta Dəhlizin bir qolu kimi Çindən Avropaya daşınan yüklər üçün yeni imkanlar açır. Eyni zamanda, Azərbaycanın öz eksklavı olan Naxçıvanla birbaşa, fasiləsiz və təhlükəsiz quru əlaqəsini təmin edir. Yolların dördzolaqlı olması isə böyükhəcmli beynəlxalq yükdaşımaların sürətli və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar